...

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına qadın rəhbərlik edə bilər

Dünya xəbərləri Materials 30 Oktyabr 2013 09:59 (UTC +04:00)
Gürcüstanın Milli Təhlükəsizlik Şurasına “Gürcüstan arzusu” partiyasının liderlərindən biri – parlamentin komitə sədri İrina İmerlişvili rəhbərlik edə bilər.
Gürcüstanın Milli Təhlükəsizlik Şurasına qadın rəhbərlik edə bilər

Azərbaycan, Bakı, 30 oktyabr / Trend /

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına "Gürcü arzusu" partiyasının liderlərindən biri - parlamentin komitə sədri İrina İmerlişvili rəhbərlik edə bilər.

Trend-in məlumatına görə, bu barədə parlament çoxluğunun lideri David Saqanelidze bildirib. O İmerlişvilinin bu vəzifəyə layiqli namizəd olduğunu vurğulayıb: "İrina çox gözəl insandır, peşəkardır və yeganə qadın generaldır. Məndən asılı nə olsa, mən onun Təhlükəsizlik Şurası katibinə namizədliyini dəstəkləyəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti