...

Gürcüstan Milli Təhlükəsizlik Şurasının yeni rəhbəri müəyyənləşib

Dünya xəbərləri Materials 1 Noyabr 2013 14:55 (UTC +04:00)
Gürcüstan Parlamentinin Prosedur məsələləri üzrə komitəsinin sədri İrina İmerlişvili ölkənin Milli Təhlükəsizlik Şurasına rəhbərlik etmək təklifini qəbul edib.
Gürcüstan Milli Təhlükəsizlik Şurasının yeni rəhbəri müəyyənləşib

Gürcüstan, Tbilisi, 1 noyabr /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstan Parlamentinin Prosedur məsələləri üzrə komitəsinin sədri İrina İmerlişvili ölkənin Milli Təhlükəsizlik Şurasına rəhbərlik etmək təklifini qəbul edib. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə xanım İmerlişvili deyib.

O bildirib: "Ölkənin yeni Prezidenti noyabrın 17-də and içdikdən sonra yeni vəzifəmin icrasına başlayacam".

Şuranın indiki katibi Georgi Bokeriya artıq istefaya getdiyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti