...

Obama Netanyahu ilə İranla "altılığın" razılaşmalarını müzakirə edəcək

Dünya xəbərləri Materials 24 Noyabr 2013 10:53 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Binyamin Netanyahu ilə İranla "altılığın" razılaşmalarını müzakirə edəcək.
Obama Netanyahu ilə  İranla "altılığın" razılaşmalarını müzakirə edəcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Binyamin Netanyahu ilə İranla "altılığın" razılaşmalarını müzakirə edəcək. Trend Reuters agentliyinə istinadən, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) Cenevrədə İranın nüvə proqramının əhəmiyyətli şəkildə kəsilməsi tədbirləri haqqında daha tam razılaşma əldə edilməsinə qədər İran nümayəndələri ilə razılığa gəlib. Xüsusilə, İran öz nüvə obyektlərinə MAQATE müfəttişlərini buraxmaq, plutoniumun və sentrifuqaların istehsalını, uranın 5%-dən artıq zənginləşdirilməsini dayandırmaq öhdəsini götürüb, RİA Novosti xəbər verir.

İsrail Yaxın şərq regionunda ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir. Baş nazir Netanyahu İranla sazişlərin əleyhinə beynəlxalq ictimaiyyəti dəfələrlə xəbərdar edib.

Xəbər lenti

Xəbər lenti