...

ABŞ Əfqanıstanın təhlükəsizliyə dair sazişi tezliklə imzalayacağına ümid edir

Dünya xəbərləri Materials 27 Noyabr 2013 02:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

ABŞ administrasiyası ümid edir ki, Əfqanıstan təhlükəsizlik üzrə ikitərəfli razılaşmanı "mümkün qədər tez" imzalayacaq, lakin hələ hər-hansı konkret müddətlər qoymur. Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib.

O, xatırladıb ki, əvvəldən hər iki tərəfdən müddət razılaşdırılıb - 2014-cü ilin sonu: "İndi noyabrdır və fikrimizcə, bunu tez etmək lazımdır".

C.Psaki əlavə edib ki, ABŞ dövlət katibi Con Kerri ötən həftənin sonunda Əfqanıstan tərəfi ilə bu mövzunu müzakirə edib. Psaki C.Kerrinin yaxın günlərdə bu mövzu üzrə danışıqları planlaşdırması barədə isə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti