...

Şərq Tərəfdaşlığı ölkələrinin biznes cəmiyyətlərinin nümayəndələri Vilnüsdə azad ticarət zonalarının perspektivlərini müzakirə edirlər

Dünya xəbərləri Materials 28 Noyabr 2013 15:09 (UTC +04:00)
Bu gün Vilnüsdə II Şərq Tərəfdaşlığı Biznes Forumu açılıb. Forum III Şərq Tərəfdaşlığı Sammiti ərəfəsinə təsadüf edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.
Şərq Tərəfdaşlığı ölkələrinin biznes cəmiyyətlərinin nümayəndələri Vilnüsdə azad ticarət zonalarının perspektivlərini müzakirə edirlər

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bu gün Vilnüsdə II Şərq Tərəfdaşlığı Biznes Forumu açılıb. Forum III Şərq Tərəfdaşlığı Sammiti ərəfəsinə təsadüf edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Tədbirin açılışında Litvanın Baş naziri Algiedas Butkyaviçyus qeyd edib ki, bu forum "əməkdaşlıq və biznes cəmiyyətləri ilə hökumətlər arasında əlaqələrin genişləndirilməsinə imkan verir": "Bu, maraqlı tərəflərin müzakirələri və gələcəkdə ticarətin, birbaşa investisiyaların möhkəmlənməsi, dərin və hərtərəfli azad ticarət zonaları çərçivəsində uğurlu biznes üçün infrastrukturların inkişafına fürsətdir".

A.Butkyaviçyus qeyd edib ki, assosiasiya haqqında saziş və dərin azad ticarət zonası yolu ilə Avropa İttifaqı ilə ticarətin liberallaşdırması tərəflərə fayda gətirəcək: "İnvestisiya axınlarının çoxalması, iqtisadi artım və yarım milyard istehlakçı ilə Avropa İttifaqı bazarına məhsul satmaq imkanı dərin ticarət əməkdaşlığı zamanı əldə oluna biləcək real üstünlüklərdir. Bu, göstərib ki, sağlam iş mühitinin inkişafı üçün demokratik dəyərlərə, sabitliyə hörmət vacibdir".

Aİ adından çıxış edən Butkyaviçyus təmsil etdiyi qurumun Şərq Tərəfdaşlığı ölkələrinə hər cür zəruri kömək göstərməyə hazır olduğunu bəyan edib.

Litvanın Baş naziri əmindir ki, bu gün işə başlayan III Şərq Tərəfdaşlığı Sammiti proqramın tarixində yeni səhifə açır və "Şərq tərəfdaşlarını Avropa İttifaqı ilə daha sıx birləşmək yoluna qoyur".

Şərq Tərəfdaşlığı proqramı ölkələrinin ticarətinin ümumi həcmində Avropa İttifaqının payı onların xarici ticarətinin təxminən 1/3 hissəsini təşkil edir. Aİ-nin təşəbbüsün başqa ölkələri ilə ticarətinin həcmi ümumi xarici ticarət balansının bir faizini keçmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti