...

"Berkut" döyüşçüləri Kiyev meriya binasını hücumla almağa çalışırlar

Dünya xəbərləri Materials 11 Dekabr 2013 12:37 (UTC +04:00)
Kiyevdə xüsusi təyinatlı "Berkut" dəstəsinin döyüşçüləri və hüquq mühafizəçiləri müxalifət tərəfdarlarının bir müddət əvvəl ələ keçirdikləri Kiyev şəhər administrasiyasının binasına daxil olmağa çalışırlar.
"Berkut" döyüşçüləri Kiyev meriya binasını hücumla almağa çalışırlar

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Kiyevdə xüsusi təyinatlı "Berkut" dəstəsinin döyüşçüləri və hüquq mühafizəçiləri müxalifət tərəfdarlarının bir müddət əvvəl ələ keçirdikləri Kiyev şəhər administrasiyasının binasına daxil olmağa çalışırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü UNN xəbər verir.

Hazırda avtobuslarla binaya aparan yol bağlanıb. Binanın qarşısında iki mindən çox insan toplaşıb. Binada səngər quran fəallar qanun keşikçilərinin üzərinə soyuq su atırlar. Meriya binasının ətrafındakı mitinqçilər isə qanun keşikçilərini avtobuslara sıxışdırmağa çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti