...

Türkmənistanın Bakıdakı səfirliyində seçki məntəqəsi işə başlayıb

Dünya xəbərləri Materials 15 Dekabr 2013 11:49 (UTC +04:00)
Bakıda Türkmənistanın Azərbaycandakı səfirliyində ölkə vətəndaşlarının Məclisə (parlament) deputat seçkilərində səs verməsi üçün bazar günü1 saylı seçki məntəqəsi fəaliyyətə başlayıb.
Türkmənistanın Bakıdakı səfirliyində seçki məntəqəsi işə başlayıb

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

Bakıda Türkmənistanın Azərbaycandakı səfirliyində ölkə vətəndaşlarının Məclisə (parlament) deputat seçkilərində səs verməsi üçün bazar günü1 saylı seçki məntəqəsi fəaliyyətə başlayıb. Trend Türkmənistanın Azərbaycandakı səfirliyinə istinadən bu barədə məlumat verir.

Türkmənistanın Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Toylı Komekov Türkmənistan vətəndaşlarının iştirakı ilə səhər saat 7.00-də vətəndaşların səsverməsi üçün seçki məntəqəsini açıb.

1 saylı seçki məntəqəsi axşam saat 19.00-dək işləyəcək.

Ərazi bölgüsünə əsasən, Türkmənistan səfirliyi nəzdində 1 saylı seçki məntəqəsində Azərbaycan Respublikası ərazisində müvəqqəti olan Türkmənistan vətəndaşları deputatlığa təqdim olunan 3 namizədə səs verəcəklər.

Türkmənistanın Azərbaycandakı səfirliyində ölkə vətəndaşlarının səsverilməsi üçün dünya standartlarına uyğun hər cür şərait yaradılıb

Vətəndaşların müraciətləri nəzərə alınaraq və beynəlxalq təcrübəyə uyğun olaraq vaxtından əvvəl səsvermə üçün seçki məntəqəsini açmaq qərarı Türkmənistan səfirliyi tərəfindən qəbul edilib.

Xəbər lenti

Xəbər lenti