...

Türkiyə Prezidenti səfirlərə müraciətlə çıxış edib

Dünya xəbərləri Materials 15 Yanvar 2014 03:35 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül ölkənin 2014-cü ildə Avropa İttifaqına üzvlük prosesi çərçivəsində qətiyyətli əhval-ruhiyyənin vacibliyini göstərərək Türkiyə səfirlərinin altıncı konfransı çərçivəsində müraciətlə çıxış edib.
Türkiyə Prezidenti səfirlərə müraciətlə çıxış edib

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Türkiyə Prezidenti Abdullah Gül ölkənin 2014-cü ildə Avropa İttifaqına üzvlük prosesi çərçivəsində qətiyyətli əhval-ruhiyyənin vacibliyini göstərərək Türkiyə səfirlərinin altıncı konfransı çərçivəsində müraciətlə çıxış edib. Bu barədə Trend TRT telekanalına istinadən məlumat verir.

Prezidentinin sözlərinə görə, Türkiyə parlaq simalı, güclü, demokratik hüquq qaydalı, sabit iqtisadiyyat və dostluğa böyük əhəmiyyət verən bir ölkə olmalıdır: "Biz Aİ, ilk növbədə, Fransa tərəfindən bəzi dəyişiklikləri görürük. Mən inanıram ki, viza rejiminin liberallaşdırılması kimi atılan addımlar prosesin inkişafında əlavə dəstək olacaqdır. Yadda saxlamaq lazımdır ki, Aİ-yə daxil olması prosesi üçün etdiklərimiz Türkiyənin xeyrinə olub və onun gücünü artırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti