...

Moskva polisi Quranın yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb

Dünya xəbərləri Materials 15 Yanvar 2014 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Moskva polisi Quranın yandırılmasında və paytaxt metrosunda sərnişinə hücum etməkdə şübhəli bilinən Tver vilayətinin 23 yaşlı sakinini saxlayıb.

Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, xuliqanlıq üzrə cinayət işi çərçivəsində saxlanılan Tver sakini 48 saat müddətinə tutulub.

Hazırda onun həbs edilməsi məsələsinə baxılır. Qeyd edək ki, 23 yaşlı Tver sakini əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti