...

Ermənistan "ArmRosQazprom"un səhmlərinin 20 faizinin "Qazprom"a satışını bəyənib

Dünya xəbərləri Materials 16 Yanvar 2014 13:11 (UTC +04:00)
Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda "ArmRosqazprom" Qapalı Səhmdar Cəmiyyətinin səhmlərinin 20 faizlik hissəsinin Rusiyanın "Qazprom" şirkətinə satışı haqqında müqavilənin imzalanmasını bəyənib.
Ermənistan "ArmRosQazprom"un səhmlərinin 20 faizinin "Qazprom"a satışını bəyənib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda "ArmRosqazprom" Qapalı Səhmdar Cəmiyyətinin səhmlərinin 20 faizlik hissəsinin Rusiyanın "Qazprom" şirkətinə satışı haqqında müqavilənin imzalanmasını bəyənib. Trend-in məlumatına görə, bu barədə ARKA xəbər verib.

Müqaviləyə əsasən, Energetika Nazirliyi "ArmRosqazprom" ASC-nin adi adlı səhmlərinin 20,0007 faizini "Qazprom" şirkətinin mülkiyyətinə verir. Nəticədə "Qazprom" şirkətinin "ArmRosqazprom" ASC-də payı 80 faizdən 100 faizədək artıb.

Ermənistanın energetika və təbii sərvətlər nazirinin müavini İosif İsayanın qeyd etdiyi kimi, müqavilənin imzalanması 2013-cü il dekabrın 2-də Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan və Vladimir Putinin imzaladıqları sazişdən irəli gəlir.

Ermənistan parlamenti dekabrın 23-də keçirilən növbədənkənar iclasında təbii qazın, neft məhsullarının və işlənməmiş almazların çatdırılması sahəsində Ermənistan-Rusiya sazişini təsdiqləyib, həmçinin qazın qiymət əmələgətirmə məsələləri və "ArmRosqazprom" şirkətinin səhmlərinin 20 faizinin aksiyası Rusiya tərəfinə satılması haqqında müqaviləni təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti