...

Pan Gi Mun Suriya üzrə "Cenevrə-2" konfransına İranı dəvət edib

Dünya xəbərləri Materials 20 Yanvar 2014 05:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

BMT-nin baş katibi Pan Gi Mun İsveçrənin Montre şəhərində keçiriləcək Suriya üzrə "Cenevrə-2" sülh konfransında iştirak etmək üçün İran nümayəndə heyətini dəvət edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Pan Gi Munun bazar ertəsinə keçən gecə mətbuat konfransında bildirdiyinə görə, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ona vəd verib ki, İran nümayəndə heyəti Suriya ilə bağlı sülh danışıqlarında "müsbət və konstruktiv rol oynayacaq".

Bundan öncə Zərif "Cenevrə-2"yə dəvəti qəbul etməyə söz verib, əgər o, BMT-ın baş katibindən daxil olacaqsa.

Konfransın keçirilməsi İsveçrənin Montre şəhərində yanvarın 22-nə planlaşdırılıb. Bir sıra ölkələr, o cümlədən ABŞ və Səudiyyə Ərəbistanı Tehranın bu görüşdə iştirakına əvvəl mane olublar.

İslam respublikasının "Cenevrə-2"də iştirakı məsələsi indiyədək həll olunmamış qalmışdır.

Xəbər lenti

Xəbər lenti