...

RF XİN: Moskva Ukraynada müxalifətin ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

Dünya xəbərləri Materials 3 Fevral 2014 15:05 (UTC +04:00)
Rusiyada "Ukraynanın müxalifət qüvvələrinin ölkədəki onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırmaq cəhdlərindən çox narahatdırlar".
RF XİN: Moskva Ukraynada müxalifətin ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Rusiyada "Ukraynanın müxalifət qüvvələrinin ölkədəki onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırmaq cəhdlərindən çox narahatdırlar". Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Rusiya XİN-ə istinadən xəbər verir.

Nazirliyin məlumatında deyilir: "Müxalifət liderlərindən biri Ukrayna vətəndaşlarını hətta hansısa "qeyri-nizami drujinalar" yaratmağa, küçələrdə patrul keşiyi çəkməyə və regionlarda administrasiyaların qarşısında etiraz aksiyaları təşkil etməyə çağırıb. Bütün bunlar müxalifətin demokratiya və Avropa dəyərlərinə sadiqliyi haqqında bəyanatlarla birbaşa ziddiyyət təşkil edir".

Məlumatda daha sonra əlavə edilib: "Belə növ fitnəkar addımların bu günlərdə Münhendə qərb dövlətlərinin nümayəndələri ilə müxalifət liderlərinin görüşlərindən dərhal sonra atılması təəccübə səbəb olur. Ukrayna müxalifətinin təhdid və ultimatumlardan imtina edəcəyinə və ölkənin dərin böhrandan çıxması məqsədi ilə hakimiyyətlə dialoqu fəallaşdıracağına ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti