...

İranın tanınmış futbol komandasının oyunçuları etiraz əlaməti olaraq məşqlərdən imtina ediblər

Dünya xəbərləri Materials 5 Fevral 2014 14:07 (UTC +04:00)
İranın tanınmış "Persepolis" futbol komandasının oyunçuları dünən və bu gün etiraz əlaməti olaraq məşqlərdə iştirakdan imtina ediblər.
İranın tanınmış futbol komandasının oyunçuları etiraz əlaməti olaraq məşqlərdən imtina ediblər

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir T.Cəfərov/

İranın tanınmış "Persepolis" futbol komandasının oyunçuları dünən və bu gün etiraz əlaməti olaraq məşqlərdə iştirakdan imtina ediblər. Trend-in məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər verir.

"Persepolis" futbol komandasının oyunçuları klubda baş verən maliyyə probleminin tez bir zamanda həllini istəyirlər və yalnız bu problem həll olunduqdan sonra məşqlərdə iştirak edəcəklərini bildiriblər.

"Persepolis" Tehranın İran Birinci Futbol Liqasındakı 3 böyük komandasından biridir. Əsl adı ilə bərabər İranda "Piruzi" (qələbə) kimi də tanınır.

"Persepolis" adının mənası Persiya, yaxud "Fars şəhəri"dir. Qədim Persiya şəhəri dünyanın ən varlı şəhərlərindən biri idi.

İranda futbol çempionatlarında ən çox çempion adına üç Tehran komandası - "Persepolis", "İstiqlal" və "Pas" (2008-ci ildən komanda Həmədan şəhərini təmsil edir) layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti