...

KİV: ABŞ və Aİ Ukrayna iqtisadiyyatının stabilləşdirilməsi üzrə birgə plan hazırlayıblar

Dünya xəbərləri Materials 6 Fevral 2014 14:22 (UTC +04:00)
ABŞ, Avropa İttifaqı (Aİ) və beynəlxalq kreditorlar Ukrayna Prezidenti Viktor Yanukoviçin bəzi siyasi güzəştlərə gedəcəyi ehtimalını nəzərə alaraq, ölkə iqtisadiyyatının stabilləşdirilməsi üzrə birgə plan hazırlamaq üçün intensiv danışıqlar aparırlar.
KİV: ABŞ və Aİ Ukrayna iqtisadiyyatının stabilləşdirilməsi üzrə birgə plan hazırlayıblar

Azərbaycan, Bakı, 6 fevral /Trend/

ABŞ, Avropa İttifaqı (Aİ) və beynəlxalq kreditorlar Ukrayna Prezidenti Viktor Yanukoviçin bəzi siyasi güzəştlərə gedəcəyi ehtimalını nəzərə alaraq, ölkə iqtisadiyyatının stabilləşdirilməsi üzrə birgə plan hazırlamaq üçün intensiv danışıqlar aparırlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İTAR-TASS Böyük Britaniyanın "Financial Times" qəzetinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Aİ və ABŞ-ın planı iğtişaşların V.Yanukoviçin istefası olmadan başa çatmasını ehtiva edir: "Nəticədə müxalifətin nəzarəti altında olan milli birlik texnokratik hökuməti yaradılacaq. Bu hökumət Aİ ilə saziş üzrə danışıqları bərpa edəcək. Yanukoviç isə səlahiyyətləri başa çatanadək vəzifəsində qalacaq. Bununla belə o, vəzifə səlahiyyətlərinin azaldılmasına və parlament hakimiyyətinin genişləndirilməsinə razı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti