...

ABŞ məhkəməsi "Erməni gücü" qruplaşmasının daha bir üzvünü təqsirkar bilib

Dünya xəbərləri Materials 13 Fevral 2014 13:50 (UTC +04:00)
Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
ABŞ məhkəməsi "Erməni gücü" qruplaşmasının daha bir üzvünü təqsirkar bilib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Kaliforniya ştatının Federal Məhkəməsi "Erməni gücü" cinayətkar qruplaşmasının üzvlərindən biri Andranik Aloyanı bank müştərilərinin fərdi və maliyyə hesablarını oğurlamaqda, fırıldaqçılıq məqsədilə əlbir olmada və s. cinayətlərdə təqsirkar bilib.

Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

Şahid ifadələrinə görə, A.Aloyan ölkə üzrə bankların 75-dən artıq müştərisinin fərdi və maliyyə hesablarını əldə edib. Onların hesablarındakı ümumi məbləğ 25 milyon dollar olub.

Qeyd edək ki, məhkəmə qruplaşmanın daha bir üzvü Karo Erkanyanı 8 il azadlıqdan məhrum etmişdi.

Ermənistan və keçmiş SSRİ-dən olan vətəndaşların üstünlük təşkil etdiyi "Ermıni gücü" qruplaşması 1980-ci ildə Los-Ancelesdə yaradılıb. Cinayətkar bandanın 250 üzvü olduğu ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti