...

İranda ana dilinin müdafiəsinə görə onlarla fəal həbs edilib

Dünya xəbərləri Materials 21 Fevral 2014 13:39 (UTC +04:00)
İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Beynəlxalq Ana Dili Günü ərəfəsində onlarla fəal saxlanılıb.
İranda ana dilinin müdafiəsinə görə onlarla fəal həbs edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Tariverdiyeva/

İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Beynəlxalq Ana Dili Günü ərəfəsində onlarla fəal saxlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İranın Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının bəyanatında deyilir.

Məlumatda həbs edilən 60 fəaldan bəzilərinin adları çəkilir.

Həmçinin dünən İranda ana dilinin müdafiəsi ilə bağlı dəfələrlə həbs olunan İbrahim Rəşidi və Abbas Lisani də yenidən həbs ediliblər.

Beynəlxalq Ana Dili Günü hər il fevralın 21-də qeyd edilir. Bu gün ilk dəfə 1999-cu il noyabrın 19-da YUNESKO tərəfindən elan edilib.

İran Prezidenti Həsən Ruhani 2013-cü ilin iyununda seçki kampaniyası zamanı ölkədə milli azlıqların dillərinin tədrisi ilə bağlı bəyanat dərc etdirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti