...

Avropa Şurasının Baş katibi öz xüsusi müşavirini Kiyevə göndərir

Dünya xəbərləri Materials 28 Fevral 2014 22:40 (UTC +04:00)
Avropa Şurasının (AŞ) Baş katibi Turbyorn Yaqland qanunvericiliyin dəyişdirilməsi məsələləri ilə əlaqədar Ukrayna hakimiyyətinə məsləhətçi kimi öz xüsusi müşaviri Yeroen Şokkenbrokı Kiyev şəhərinə göndərir.
Avropa Şurasının Baş katibi öz xüsusi müşavirini Kiyevə göndərir

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Avropa Şurasının (AŞ) Baş katibi Turbyorn Yaqland qanunvericiliyin dəyişdirilməsi məsələləri ilə əlaqədar Ukrayna hakimiyyətinə məsləhətçi kimi öz xüsusi müşaviri Yeroen Şokkenbroku Kiyev şəhərinə göndərir. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Baş katibinin rəsmi nümayəndəsi Daniel Holtgenin bildirdiyinə görə, müvafiq razılaşma Yaqland və Ali Rada tərəfindən təyin olunmuş prezidentin vəzifələrini müvəqqəti icra edən Aleksandr Turçinov arasında əldə olunub.

Onun sözlərinə görə, xüsusi nümayəndə bazar ertəsi, martın 3-də Kiyevə gələcəkdir. "Yaqlandın bu təşəbbüsü Avropa Şurasının bütün 47 dövləti tərəfindən dəstəklənmişdir", - mətbuat katibi əlavə edib.

Xəbər lenti

Xəbər lenti