...

Kanada Rusiyaya və Yanukoviç rejiminin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 6 Mart 2014 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Kanada hökuməti Rusiya və Ukrayna hökumətinin keçmiş üzvləri barəsində bu ölkədə yaranmış vəziyyətə görə məhdudlaşdırıcı tədbirlər gördüyünü bəyan edib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" EFE agentliyinə istinadən xəbər yayıb.

Kanadanın Baş naziri Stiven Xarper parlamentdə çıxışı zamanı deyib: "Mən bizim Kanada ilə Rusiya arasında iqtisadi əlaqələrin irəliləməsi məqsədilə yaradılan Rusiya-Ukrayna hökumətlərarası iqtisadi komissiyasında iştirakımızı dayandırdığımızı elan edirəm".

O, Kanadanın Rusiyaya qarşı məhz hansı sanksiyaları tətbiq etdiyini açıqlamayıb: "Viktor Yanukoviç rejiminin nümayəndələrinin aktivləri də dondurulacaq".

S.Xarper əlavə edib ki, Kiyevin xahişi ilə Kanada ATƏT-in Ukraynadakı vəziyyətə nəzarət üçün missiyasının tərkibində Krıma iki hərbçi müşahidəçi göndərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti