...

Angela Merkel: Ukrayna ilə Aİ arasında assosiasiya sazişi yaxın vaxtlarda imzalanacaq

Dünya xəbərləri Materials 7 Mart 2014 13:09 (UTC +04:00)
Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişin siyasi hissəsi yaxın vaxtlarda imzalanacaq.
Angela Merkel: Ukrayna ilə Aİ arasında assosiasiya sazişi yaxın vaxtlarda imzalanacaq

Azərbaycan, Bakı, 7 mart /Trend/

Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişin siyasi hissəsi yaxın vaxtlarda imzalanacaq. Bunu Almaniya kansleri Angela Merkel bəyan edib. Trend-in məlumatına görə, xəbəri UNİAN agentliyi "Deutsche Welle" radiosuna istinadən yayıb.

Almaniya kansleri Angela Merkel Aİ sammitinin yekunlarına dair mətbuat konfransı zamanı Ukrayna ilə assosiasiya haqqında sazişin imzalanmasının mümkünlüyü barədə suala cavab verərkən deyib: "Yaxın vaxtlarda, yaxud yaxın həftələrdə".

Bununla yanaşı, Merkel qeyd edib ki, hazırkı Ukrayna hökuməti sazişin imzalanmasına lazımi şəkildə hazırlaşır.

Eyni zamanda, AFR kansleri deyib ki, Ukrayna mallarının Rusiyaya ixracı üçün mənfi nəticələrə yol verməmək məqsədilə sazişin azad ticarət zonaları haqqında hissəsi üzrə əlavə məsləhətləşmələr keçiriləcək.

Avropa İttifaqı Ukrayna ilə azad ticarət zonalarının yaradılmasını gözləmədən bir çox Ukrayna mallarına idxal rüsumlarını ya ləğv edəcək, ya da azaldacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti