...

Türkiyə Suriyadakı öz ərazisini müdafiə etmək niyyətindədir

Dünya xəbərləri Materials 16 Mart 2014 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend /

Türkiyə Süleyman şahın məqbərəsini mümkün hücumlardan qoruyacaq. Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib.

Məqbərə və onun ətrafı Suriya ərazisindəki olan türk anklavıdır və bir neçə türk hərbçiləri onu qoruyur.

Hazırda məqbərə yerləşən kənd "Əl-Qaidə" ilə bağlı olan "İraq və Levantın İslam dövləti" (İLİD) qruplaşmasının yaraqlıların əlinə keçib.

"Türbənin ətrafında təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlər görülüb", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti