...

Ukraynada qismən səfərbərlik elan edilib

Dünya xəbərləri Materials 17 Mart 2014 14:09 (UTC +04:00)
Ukrayna Ali Radası "Qismən səfərbərlik haqqında" qanunu qəbul edib.
Ukraynada qismən səfərbərlik elan edilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Ukrayna Ali Radası "Qismən səfərbərlik haqqında" qanunu qəbul edib.

Trend-in bazar ertəsi UNİAN-a istinadən verdiyi məlumata görə, Radanın sessiya zalında qeydiyyatdan keçmiş 308 deputatdan 275-i qərarın lehinə səs verib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qərarda deyilir: "Krım yarımadasında ictimai-siyasi vəziyyət gərginləşib. Rusiya Krım ərazisinin müəyyən hissələrini və Sevastopol şəhərini işğal edib. Daxili siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Ukrayna Konstitusiyasına müvafiq olaraq qismən səfərbərlik elan edilsin".

Krım və Sevastopolda səfərbərlik könüllülər arasında həyata keçiriləcək. Səfərbərlik qərar qüvvəyə mindiyi gündən etibarən 45 sutka ərzində aparılır.

Səfərbərlik 20 min nəfərin Hərbi Qüvvələr, daha 20 min nəfərin isə Milli Qvradiyanın sırasına daxil edilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti