...

Yaponiyanın cənub sahillərində zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 Mart 2014 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend/

Çərşənbə günü Yaponiyanın cənubunda yerləşən Küsü adasının sahillərində 5,6 bal günündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti ABŞ Geoloji Xidmətinə istinadən xəbər yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Kaqosima prefekturasındakı Nisinoomote şəhərindən 288 kilometr cənubda olub.

Yeraltı təkanların ocağı onlarla kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat haqqında hələlik məlumat verilmir. Sunami haqqında xəbərdarlıq daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti