Azərbaycan, Bakı, 16 aprel /Trend/
Ukraynada kütləvi qan tökülməsinə qədər böyüyə biləcək böhran nə Rusiyanın, nə də Avropa İttifaqının maraqlarına xidmət edir. Bunu Aİ-nin Genişləndirmə və Mehriban Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Avropa Parlamentinin deputatları qarşısında çıxış edərkən bəyan edib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
Füle qeyd edib: "Avropa qitəsində nəzarətsiz mərhələyə keçə biləcək zorakılıqdan və qan tökülməsindən qaçmaq Rusiyanın da, Avropa İttifaqının da maraqlarındadır. Avropa qitəsində birlikdə ümumi sabitlik, çiçəklənmə və demokratikləşmə zonası yaratmaq bizim ümumi marağımızdadır". Bununla yanaşı Füle qeyd edib ki, "Ukraynada hadislərin inkişafı yaxın günlərdə Rusiyanın hansı seçimi etdiyini göstərəcək".
Avropalı komissar bir daha Brüsselin Kiyevlə axıra qədər imzalanmamış Assosiasiya haqqında sazişin əsas hissəsini və azad ticarət zonası haqqında sazişi imzalamağa bir daha hazır olduğunu bildirib. Lakin o, dəqiq tarix göstərməyərək "yaxın zamanda mayda prezident seçkilərindən sonra" belə imkanın yaranacağını göstərib.
Krımın Rusiyaya birləşdirilməsi mövzusuna toxunan Füle deyib ki, Avropa Komissiyası birləşmənin tanınmamasının "praktiki parametrləri üzərində" hələ yenicə çalışır.