...

Gürcüstan XİN: Samtsxe-Cavaxeti ermənilərinə kütləvi şəkildə Rusiya pasportlarının verilməsi təsdiqlənmir

Dünya xəbərləri Materials 22 Aprel 2014 16:07 (UTC +04:00)
KİV-də Samtsxe-Cavaxeti ermənilərinə kütləvi şəkildə Rusiya pasportlarının verilməsi barədə məlumat təsdiqlənmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Gürcüstan XİN rəhbərinin birinci müavini David Zalkaniani bəyan edib.
Gürcüstan XİN: Samtsxe-Cavaxeti ermənilərinə kütləvi şəkildə Rusiya pasportlarının verilməsi təsdiqlənmir

Gürcüstan, Tbilisi, 22 aprel / Trend, müxbir N.Kirsxaliya /

KİV-də yayılan Samtsxe-Cavaxeti ermənilərinə kütləvi şəkildə Rusiya pasportlarının verilməsi barədə məlumat təsdiqlənmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Gürcüstan XİN rəhbərinin birinci müavini David Zalkaniani bəyan edib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşı başqa ölkənin vətəndaşlığını alarkən Gürcüstan vətəndaşlığından imtina etməlidir. O, Rusiya prezidenti Vladimir Putinin rus dilinin daşıyıcılarına Rusiya pasportlarının verilməsinin sadələşdirilməsi haqqında qərarının belə izah edib.

Diplomatın sözlərinə görə, ölkə hökuməti həmin sənədlə tanış olub və hazırda onu daha diqqətlə öyrənir. "Bununla yanaşı, bu məsələ ilə maraqlanan hər kəsə bildirmək istəyirəm ki, Gürcüstan qanunvericiliyinə uyğun olaraq, Rusiya vətəndaşlığı alacağı halda vətəndaş avtomatik olaraq Gürcüstan vətəndaşlığından məhrum olur və bunu nəzərə almaq vacibdir".

Zalkaniani bildirib ki, Gürcüstan tərəfi Rusiya tərəfinin bu qərarına cavab olaraq müvafiq hüquqi mexanizmlər işləyib hazırlamalıdır.

Qeyd edək ki, aprelin əvvəlində KİV-də belə bir məlumat yayılmışdı ki, Tbilisidəki Rusiya konsulluğunda (Gürcüstanla diplomatik münasibətlər olmadığından İsveçrə səfirliyinin patronajlığı altında fəaliyyət göstərir) Rusiya pasportları almaq istəyən Gürcüstanın ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxeti regionunun sakinlərinin növbəsi yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti