Azərbaycan, Bakı, 3 may /Trend/
Əfqanıstanın Bədəxşan vilayətinin nümayəndəsi Şaza Vəliulla Adiba sürüşmə qurbanlarının sayının 2100 nəfər olduğunu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Reuters-ə istinadən xəbər yayıb.
Torpaq sürüşməsi cümə günü yerli vaxtla təxminən saat 13:00-da dağların ətəyində yerləşən Xobo Barik qışlağında baş verib. 100-ə yaxın adam xilas edilib və xəstəxanalara yerləşdirilib. Zərər çəkələrin axtarışı davam edir.
Həlak olanlar arasında qadınlar və uşaqlar var. Məlumata görə, kənddə minə yaxın ailə yaşayırmış, ən azı 300 ev zədələnib.
BMT bəyan edib ki, faciə nəticəsində 4 mindən artıq insan evsiz-eşiksiz qalıb.
Bir az əvvəl hakimiyyət ölkənin şimal-şərqində baş vermiş torpaq sürüşməsinin qurbanalrının sayının 2,5 minə çatacağını bəyan etmişdi.
Əfqanıstanda sellər və torpaq sürüşmələri müntəzəm olaraq minlərlə insanını ölümünə səbəb olur. Aprelin sonlarında güclü leysan yağışlarının yağması nəticəsində ölkənin şimalında yerləşən Bəlx vilayətində dağlardan güclü selin gəlməsinə səbəb olmuşdu. Nəticədə Məzari-Şərif şəhərinin aeroportu su altında qalmışdı.