Azərbaycan, Bakı, 16 may / Trend /
Korrupsiya qalmaqalının başlanğıcından təxminən 200 dövlət məmuru hökumətdə "paralel struktur"un mövcudluğu haqqında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, onu məhkəməyə veriblər.
Trend "Hurriyet Daily news" qəzetinə istinadən bu barədə Türkiyənin daxili işlər naziri Efkan Ala deyib.
Onun sözlərinə görə, bu yalnız belə bir kölgə strukturunun mövcudluğunu sübut edir.
Nazirin bildirdiyinə görə, "Paralel strukturun üzvləri" 600 min vətəndaşın telefon söhbətlərini qanunsuz dinləyiblər.
O, əlavə edib ki, qanunsuz qulaq asma ölkənin bütün əyalətlərində aparılıb.