...

Türkiyədə zəlzələ nəticəsində 100-dən çox insan yaralanıb

Dünya xəbərləri Materials 24 May 2014 16:29 (UTC +04:00)
Şənbə günü Egey dənizində zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 6,5 olub.
Türkiyədə zəlzələ nəticəsində 100-dən çox insan yaralanıb

Azərbaycan, Bakı, 24 may /Trend/

Şənbə günü Egey dənizində zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 6,5 olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.

Məlumata görə, zəlzələ Türkiyənin bir çox bölgələrində hiss olunub. Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar.

Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti