...

Amerikalı tirannozavr skeletinin qaçaqmalçılığına görə 3 ay həbs cəzası alıb

Dünya xəbərləri Materials 4 İyun 2014 12:21 (UTC +04:00)
Çərşənbə axşamı Nyu-York məhkəməsi Virciniya ştatının sakini Erik Prokopiyə Monqolustandan ABŞ-a tirannozavr skeletini qanunsuz gətirdiyinə görə üç ay müddətinə həbs cəzası kəsib
Amerikalı tirannozavr skeletinin qaçaqmalçılığına görə 3 ay həbs cəzası alıb

Azərbaycan, Bakı, 4 iyun / Trend

Çərşənbə axşamı Nyu-York məhkəməsi Virciniya ştatının sakini Erik Prokopiyə Monqolustandan ABŞ-a tirannozavr skeletini qanunsuz gətirdiyinə görə üç ay müddətinə həbs cəzası kəsib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

İstintaqın məlumatına görə, sümüklər 2010-cu ilin martında Böyük Britaniyadan ABŞ-a idxal edilib. Prokopi Amerika gömrük hakimiyyətinə bildirib ki, onlar guya Böyük Britaniyada aşkar edilib və dəyəri cəmi 15 min dollar təşkil edir.

2012-ci ilin mayında skelet 1,05 milyon dollara Nyu-Yorkda "Heritage" hərracında satılmışdı. Amma bu sazişin qanuniliyinə Monqolustan hökuməti tərəfindən etiraz edilmişdi və araşdırma aparıldıqdan sonra qalıqlar bu ölkəyə qaytarılmışdı.

Prokopi 2012-ci ilin oktyabrında həbs edilmiş və praktiki olaraq öz günahını dərhal etiraf etmişdi. Amerikalını üç il azadlıqdan məhrum etmə cəzası gözləyirdi. Ancaq o, ABŞ hakimiyyətinə dinozavrların sümüklərinin ölkəyə başqa qanunsuz idxal edənləri "üzə çıxmağa" kömək etdi və prokurorluq onun cəzasını yumşaltmağa razılaşdı.

Təxminən 70 milyon il əvvəl yaşadığı ehtimal edilən tirannozavrın hündürlüyü 2,4 metrə və uzunluğu 7,3 metrə çatır. Tirannozavr qalıqları Monqolustanın Qob səhrasında tapılıb. Keçirilmiş paleontologiya ekspertizası göstərib ki, skelet təxminən səkkiz il əvvəl torpaqdan çıxarılıb.

Tirannozavr skeletləri ilk dəfə Qobi səhrasında 1946-cı ildə sovet-monqol ekspedisiyası zamanı aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti