...

Obama və Poroşenko güc strukturlarının hazırlanmasında Kiyevə kömək göstərilməsi yollarını müzakirə ediblər

Dünya xəbərləri Materials 4 İyun 2014 15:03 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Polşa paytaxtında Ukraynada prezident seçkilərində qalib gəlmiş Pyotr Poroşenko ilə görüşüb. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
Obama və Poroşenko güc strukturlarının hazırlanmasında Kiyevə kömək göstərilməsi yollarını müzakirə ediblər

Azərbaycan, Bakı, 4 iyun /Trend/

ABŞ Prezidenti Barak Obama Polşa paytaxtında Ukraynada prezident seçkilərində qalib gəlmiş Pyotr Poroşenko ilə görüşüb. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Danışıqlar yarım saata yaxın davam edib. Məlum olub ki, Obamadan əvvəl Poroşenko ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

KİV xəbər verir ki, Obama və Poroşenko Ukraynanın güc strukturlarının hazırlanmasında kömək göstərilməsi yollarını müzakirə ediblər. ABŞ Prezidentinin sözlərinə görə, "yeddilik" ölkələrinin sammiti Poroşenkoya beynəlxalq dəstəyin göstərilməsinin nümayişi üçün mühüm olacaq.

Poroşenko həmçinin Varşavada Fransa və Finlandiya prezidentləri Fransua Olland və Sauli Niinisto ilə də görüşəcək. Bundan əvvəl Poroşenko polşalı həmkarı Bronislav Komarovski ilə görüş keçirib.

Günün ikinci yarısında Poroşenko jurnalistlər üçün mətbuat konfransı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti