...

XİN rəhbəri: İran və "altılıq" hərtərəfli sazişin hazırlanmasına başlayıblar

Dünya xəbərləri Materials 19 İyun 2014 00:01 (UTC +04:00)
İran və "altılıq" ölkənin nüvə proqramına dair hərtərəfli sazişin hazırlanmasına başlayıblar.
XİN rəhbəri: İran və "altılıq" hərtərəfli sazişin hazırlanmasına başlayıblar

Azərbaycan, Bakı, 19 iyun /Trend/

İran və "altılıq" ölkənin nüvə proqramına dair hərtərəfli sazişin hazırlanmasına başlayıblar. Trend İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifə istinadən bu barədə çərşənbə günü bildirib.

Onun sözlərinə görə, tərəflər arasında hələ də fikir ayrılığı var, bu da danışıqlar prosesini çətinləşdirir.

"Bəzi məsələlər üzrə "altılığın" mövqeyi İran üçün qəbuledilməzdir, buna baxmayaraq saziş üzərində iş başlayıb", - Zərif bildirib.

Tehran və Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Almaniya və Fransa daxil olduqları "altılıq" beynəlxalq vasitəçiləri arasında "yüksək" səviyyədə danışıqların növbəti mərhələsi iyunun 16-da başlayıb. Danışıqların məqsədi İranın nüvə proqramının dayandırmaq üzrə iqtisadi sanksiyaların götürülməsi müqabilində yekun saziş əldə etməkdir.

Xəbər lenti

Xəbər lenti