...

Zidan "Real"ın gənclər komandasını çalışdıracaq

Dünya xəbərləri Materials 25 İyun 2014 14:50 (UTC +04:00)
İspaniyanın “Real” Madrid komandasının keçmiş futbolçusu Zinəddin Zidan klubun gənclər komandası “Kastilya”nı çalışdıracaq.
Zidan "Real"ın gənclər komandasını çalışdıracaq

Azərbaycan, Bakı, 25 iyun/Trend/

İspaniyanın "Real" Madrid komandasının keçmiş futbolçusu Zinəddin Zidan klubun gənclər komandası "Kastilya"nı çalışdıracaq.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, 1998-ci ildə "Qızıl topa" sahib çıxmış fransız 2010-cu ildən madridlilərin strukturunda çalışır. Ötən mövsüm o, Karlo Ançelottinin köməkçisi olub, bu yay isə "Bordo"nun məşqçisi olmaqdan imtina edib.

Zidanın anasının familiyasını daşıyan 19 yaşlı oğlu Entso Fernandes də klubun gənclər komandasında oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti