Azərbaycan, Bakı, 5 avqust /Trend/
Avqustun 5-də Razdan sement zavodunun 100-dən artıq əməkdaşı səhər saatlarından tətil elan edib. Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata əsasən, onlar zavod binasının əsas girişinin qarşısını kəsiblər və rəhbərliklə görüş tələb edirlər.
Etirazçıların sözlərinə görə, yarım ildir ki, onlara əməkhaqları verilmir. Onlar rəhbərlikdən məvaciblərin verilməsini tələb edəcəklər.