...

Sarkisyan: Dağlıq Qarabağ münaqişəsi ATƏT həmsədrlərinin təklif etdiyi prinsiplər əsasında həll edilməlidir

Dünya xəbərləri Materials 10 Avqust 2014 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

"Dağlıq Qarabağ münaqişəsini kompromis və ATƏT həmsədrlərinin bizə təklif etdiyi prinsiplər əsasında həll etmək lazımdır". Trend-in bazar günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Prezidenti Serj Sarkisyan Soçidə Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdə deyib.

S.Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi məsələsinə toxunub: "Fikrimcə, əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə xeyli müddət həllini tapmayacaq".

S.Sarkisyan Rusiya Prezidenti Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərdiyi səylərə görə təşəkkürünü bildirib və qeyd edib ki, bu məsələnin həlli Ermənistanın milli maraqlarından irəli gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti