...

Kolumbiyada marixuanadan istifadə qanuniləşə bilər

Dünya xəbərləri Materials 15 Avqust 2014 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Kolumbiya Prezidenti Xuan Manuel Santos bəyan edib ki, tibbi məqsədlər üçün marixuanadan istifadənin leqallaşdırılması ideyasını dəstəkləyir.

Trend-in cümə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Prezident qeyd edib ki, konqres müvafiq sənədi qəbul edərsə, onu dərhal imzalayacaq.

Qeyd edək ki, Kolumbiya daha əvvəl qadağan edilmiş maddələrə qarşı sərt mübarizə üsulunu seçmişdi. İndi isə əhalinin əksəriyyəti yüngül narkotiklərin leqallaşdırılmasının tərəfdarıdır. Marixuana tibbdə xərçəngin müxtəlif növlərinin müalicəsi zamanı əsasən güclü ağrıkəsici kimi istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti