...

Yaponiya ABŞ-ın xahişi ilə Rusiya prezidentinə dəvəti geri çağırdı

Dünya xəbərləri Materials 23 Sentyabr 2014 12:48 (UTC +04:00)
Yaponiyanın Baş naziri Sindzo Abe ABŞ-ın xahişi ilə Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya səfərinin vaxtının dəyişdirilməsinə razılıq verib.
Yaponiya ABŞ-ın xahişi ilə Rusiya prezidentinə dəvəti geri çağırdı

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Yaponiyanın Baş naziri Sindzo Abe ABŞ-ın xahişi ilə Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya səfərinin vaxtının dəyişdirilməsinə razılıq verib. Bu barədə "Kyodo News" Yaponiya hökumətindəki mənbəyə istinadən xəbər verib.

Putin Yaponiyaya bu payız gəlməli idi. Lakin Vaşinqton Ukraynadakı vəziyyətlə bağlı Moskva və Qərbin münasibətlərinin kəskinləşməsi ilə əlaqədar dəvətin geri çağırılmasını xahiş edib. Bununla yanaşı, qeyd edilir ki, Sindzo Abe noyabrda Pekində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatının sammiti zamanı Putin ilə danışıqlar aparmağı planlaşdırır.

Mənbə bildirib ki, Putinin Yaponiyaya səfərinə gəldikdə o, 2015-ci ilin yazına keçirilə bilər. Lakin bu da ilkin müddətdir.

Qeyd edək ki, Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın mövqeyinə təsir etməyə çalışan ölkələrdən biridir. Belə ki, mart ayında Yaponiya tərəfinin təşəbbüsü ilə Rusiya ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar donduruldu. Aprelin sonunda Tokio 23 Rusiya vətəndaşına viza verilməsini dayandırdı.

Ötən həftə isə məlum oldu ki, Yaponiya Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti