Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Özbəkistan Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın adı dələduzluq faktı üzrə cinayət işində hallanır. Bu barədə Trend Özbəkistan Baş Prokurorluğuna istinadən məlumat verir.
Məlumata görə, ölkə ərazisində Mudumarov R., Avakyan Q., Sodikova N. və digərlərinin daxil olduğu qruplaşmanın qanunsuz fəaliyyəti üzə çıxarılıb.
Söhbət dövlət aktivlərinin süni şəkildə aşağı qiymətə əldə edilməsindən, maliyyə-iqtisadi maxinasiyalardan gedir ki, nəticədə Özbəkistana ciddi iqtisadi zərər vurulub.
Cinayət işində G. Kərimova və digər şəxslərin adı hallanır. Onlar həmin qruplaşmaya dəstək verməkdə şübhəli bilinirlər.