Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
ABŞ dövlət departamenti Səudiyyə Ərəbistanına 1,75 milyard dollar məbləğində Patriot zenit raket komplekslərinin və digər hərbi texnikanın satılmasını təqdir edib.Trend RİA Novosti agentliyinə istinadən bu barədə Associated Press agentliyi məlumat verir.
ABŞ müdafiə nazirliyinin hərbi əməkdaşlıq İdarəsinin bəyanatında deyilir ki, sövdələşmənin şərtlərinə görə, ABŞ Səudiyyə Ərəbistanına 202 Patriot zenit-raket komplekslərini, bir sıra ehtiyat hissələrini, eləcə də digər hərbi texnikanı göndərəcək. Sövdələşmə Yaxın Şərqdə siyasi sabitliyin və iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayan Səudiyyə Ərəbistanının təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldiləcək, məlumatda deyilir.
İdarə bildirir ki, sövdələşmə regionda "hərbi balansı" dəyişməyəcək.