...

Bağdadda baş verən terror aktı nəticəsində 23 nəfər ölüb

Dünya xəbərləri Materials 15 Oktyabr 2014 00:44 (UTC +04:00)
Bağdadın rayonlarından birində terrorçu kamikadzenin hücumu nəticəsində ən azı 23 nəfər həlak olub və daha 60 nəfər yaralanıb.
Bağdadda baş verən terror aktı nəticəsində 23 nəfər ölüb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Bağdadın rayonlarından birində terrorçu kamikadzenin hücumu nəticəsində ən azı 23 nəfər həlak olub və daha 60 nəfər yaralanıb. Trend İnterfaks agentliyinə istinadən bu barədə Associated Press agentliyi xəbər verir.

Həlak olanların arasında İraq parlamentinin deputatı Əhməd əl-Xəfəyi də olub.

Partlayış İraq paytaxtının şimalında Əl-Kazemiya rayonundakı SNB-nin birində baş verib. Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobilin sükanı arxasında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti