Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Təhlükəsiz sığınacağın məqsədi - suriyalıları Əsəd rejiminin və "İslam Dövlətinin" hücumlarından xilas etməkdir. Trend Anadolu agentliyinə istinadən bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Ankarada öz sinqapurlu həmkarı Xsiyen Lonq Kİ ilə keçirdiyi birgə mətbuat konfransında Davudoğlu bildirib: "Suriyada təhlükəsiz zona üçün Türkiyənin sorğusunu şəxsi məqsədləri üçün hərbi zona ilə qarışdırmaq lazım deyil".
Davudoğlu qeyd edib ki, Türkiyə istərdi ki, hücumlardan və hava bombardmanlarından xilas olunan suriyalılar özlərini qorxusuz hiss edə bilsinlər.
"Əgər bizim 2011-ci ilin sonundakı sorğumuz təmin edilsə idi, biz indi belə böyük sayda digər ölkələrdə sığınacaq axtaran qaçqın görməzdik ", - baş nazir bildirib.