...

Çilidə cinayətkarlar inkassator avtomobilini qaçıraraq, 4 milyon dollar oğurlayıblar

Dünya xəbərləri Materials 28 Oktyabr 2014 05:46 (UTC +04:00)
Çilidə cinayətkarlar inkassator avtomobilini qaçıraraq, 4 milyon dollar oğurlayıblar.
Çilidə cinayətkarlar inkassator avtomobilini qaçıraraq, 4 milyon dollar oğurlayıblar

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Çilidə cinayətkarlar inkassator avtomobilini qaçıraraq, 4 milyon dollar oğurlayıblar. Trend TASS agentliyinə istinadən bu barədə yerli hakimiyyət məlumat verir.

Əvvəlcədən düşünülmüş cinayət Çili paytaxtı Santyaqonun mərkəzində La-Moneda prezident iqamətgahının yaxınlığında baş verib. Basqınçılardan biri özünü təhlükəsizlik xidmətinin nümayəndəsi kimi təqdim edərək maşının kabinəsinə daxil ola bilib.

Bundan sonra o, sürücüyə ailə üzvlərinin şəkillərini göstərərək bildirib ki, əgər müəyyən şərtlər yerinə yetirilməsə onun ailə üzvləri əzab çəkəcəklər. Cinayətkar sürücüdən yük maşınını metal emalı sexinin ərazisinə aparmaq tələb edib. Müəssisəyə gəldikdən sonra soyğunçu və onun tərəfdaşları inkassator furqonunu avtogenlə açıb, onun içindəkilərini oğurlayaraq hadisə yerindən qaçıblar.

Maraqlıdır ki, Çili paytaxtında sutka ərzində artıq ikinci dəfə inkassator maşını qarət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti