...

Obama İraqa 1500-dək ABŞ hərbçilərinin göndərilməsini tapşırıb

Dünya xəbərləri Materials 8 Noyabr 2014 00:45 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama İraqa 1500-ə qədər amerika hərbçilərinin göndərilməsini təsdiqləyib.
Obama İraqa 1500-dək ABŞ hərbçilərinin göndərilməsini tapşırıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

ABŞ prezidenti Barak Obama İraqa 1500-ə qədər amerika hərbçilərinin göndərilməsini təsdiqləyib. Trend Ria Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Frans Press agentliyi Ağ Evə istinadən xəbər verir ki, ABŞ hərbçiləri "İslam dövləti" (İD) radikal qruplaşmasının yaraqlıları ilə mübarizə üçün İraq ordusunun əsgərləri və kürdlərlə hərbi məşqlər edəcəklər.

"Bizim strategiyamız çərçivəsində yerlərdə tərəfdaşları gücləndirilməsi məqsədilə, prezident Obama bu gün 1500-dək hərbiçini əlavə göndərilməsinə icazə verib", - Ağ evin məlumatında deyilir. Bildirilir ki, ABŞ personalı döyüş əməliyyatlarında iştirak etməyəcək, həmçinin, İraqın təhlükəsizlik xidmətini və kürd silahlı qüvvələrini " çalışdıracaq kömək və məsləhətlər verəcək".

Xəbər lenti

Xəbər lenti