Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Pakistanın cənubundakı Sind əyalətində avtobusla yük maşınının toqquşması azı 58 nəfərin həyatına son qoyub. Trend xəbər verir ki, bu barədə AP yerli polisə istinadən məlumat yayıb.
Ölənlər arasında 14 qadın və 8 uşaq var. Qəza zamanı avtobusda 70-ə yaxın insan olub.
Qəzaya səbəb kimi güclü duman nəticəsində görünmənin məhdudluğu göstərilir.