...

Rusiya Asiyada ATƏT-in analoqunu yaratmağı təklif edir

Dünya xəbərləri Materials 19 Noyabr 2014 16:16 (UTC +04:00)
Dövlər Dumasının "Ədalətli Rusiya" fraksiyası Asiya və Sakit okean regionunda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) analoqunun yaradılmasını təklif edir.
Rusiya Asiyada ATƏT-in analoqunu yaratmağı təklif edir

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Dövlət Dumasının "Ədalətli Rusiya" fraksiyası Asiya və Sakit okean regionunda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) analoqunun yaradılmasını təklif edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya parlamentinin Aşağı palatasının vitse-spikeri Nikolay Leviçev bildirib.

Rusiya ilə Qərb arasında münasibətlər Ukraynadakı böhrandan sonra kəskinləşib. İyulun sonunda Avropa İttifaqı və ABŞ Rusiya Federasiyasının ayrı-ayrı fiziki səxsləri və şirkətləri barəsində sanksiyalardan iqtisadiyyatın müxtəlif, həmçinin bank, müdafiə və energetika sektorlarına qarşı tədbirlərə keçdilər. Rusiya buna cavab olaraq, sanksiyalar tətbiq edən ABŞ, Avropa İttifaqı, Kanada, Avstraliya və Norveç kimi ölkələrdən ərzaq mallarının idxalını məhdudlaşdırdı.

Rusiya Qərblə münasibətlərinin pisləşməsi fonunda Şərqlə - Asiya və Sakit okean regionu ilə qarşılıqlı əlaqələri fəal şəkildə inkişaf etdirir.

N.Leviçev XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Dumada keçirilən "hökumət saatı"nda deyib: "Düşünürəm ki, Rusiya Asiyada ATƏT-in analoqunun yaradılması təşəbbüsü ilə çıxış edə bilər. Belə bir təşkilat Asiya və Sakit okean regionu zonasında münaqişələrlə bağlı ilkin xəbərdarlıq aləti ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti