...

Ermənistan müxalifəti hakimiyyətlə danışıqlardan imtina etdi

Dünya xəbərləri Materials 19 Noyabr 2014 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Ermənistanın parlament üçlüyü ("Ermənistan Milli Konqresi", "İrs" və "Çiçəklənən Ermənistan") hökumətin təqdim etdiyi 12 tələb üzrə hakimiyyətlə danışıqlar aparılmasını mənasız hesab edir.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə "Ermənistan Milli Konqresi"nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib.

Onun sözlərinə görə, bu, vaxtı uzatmaqdan başqa bir şey deyil: "Hakimiyyət bununla ümumxalq hərəkatının gücünü sındırmaq niyyətindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti