Qazaxıstan, Astana, 26 noyabr /Trend, müxbir Daniyar Muxtarov/
Almatı vilayəti yeni iş yerlərinin yaradılmasında liderdir. İl ərzində (sentyabr 2013-2014) bölgədə muzdlu işçilərin sayı altı faiz artaraq, 635,6 min nəfərə çatıb. Bu barədə Trend məlumat verir.
Muzdlu işçilərin vilayət ştatının miqyasına görə, dördüncü yerdən ikinci yerə qədər yüksəlib.
Ümumilikdə Qazaxıstan üzrə muzdla işləyənlərin sayı il ərzində 89,4 min nəfər artaraq 6,07 milyona çatıb.
Rəsmi maaş alanların sayı 14 bölgədə daha da çoxalıb.
Almatı vilayəti Qazaxıstanda yeni iş yerlərinin yaradılmasında liderdir
Almatı vilayəti yeni iş yerlərinin yaradılmasında liderdir.
