...

Roma Papası Sultan Əhməd məscidini ziyarət etdi

Dünya xəbərləri Materials 29 Noyabr 2014 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Roma Papası Fransisk İstanbuldakı Sultan Əhməd məscidini ziyarət edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Həmçinin, bu gün Papanın xristian məbədlərindən biri hesab edilən Aya Sofiya Muzey-Məscidini ziyarət edəcəyi gözlənilir.

Roma Papası Fransisk Türkiyəyə səfər edən dördüncü Roma Papasıdır.

Bunadək Türkiyəyə Papa VI Pavel (1967-ci il), Papa II İohan Pavel (1979) və Papa XVI Benedikt (2006) səfər etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti