...

Kürd yaraqlıları Türkiyədə polis məntəqəsinə basqın ediblər, xəsarət alanlar var

Dünya xəbərləri Materials 14 Yanvar 2015 10:03 (UTC +04:00)
Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyənin Mardin vilayətində polis məntəqəsinə basqın ediblər.
Kürd yaraqlıları Türkiyədə polis məntəqəsinə basqın ediblər, xəsarət alanlar var

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyənin Mardin vilayətində polis məntəqəsinə basqın ediblər. Bu barədə Trend çərşənbə günü "Milliyet" qəzetinə istinadən xəbər verir.

Hücum nəticəsində iki yüksək çinli polis əməkdaşı yaralanıb.

Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerinə gəlməsindən sonra PKK tərəfdarları vilayətdə bir sıra yolları bağlayıblar.

Məlumata görə, polis yolları açmağa nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti