...

Peyğəmbəri təhqir edənə 2 il həbs cəzası

Dünya xəbərləri Materials 21 Yanvar 2015 15:42 (UTC +04:00)
Avstriyada 32 yaşlı universitet tələbəsi sosial media vasitəsilə İslam peyğəmbəri Həzrəti Məhəmmədi təhqir etdiyinə görə 2 il həbs cəzasına məhkum edildi.
Peyğəmbəri təhqir edənə 2 il həbs cəzası

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Məftun Salmanov/

Avstriyada 32 yaşlı universitet tələbəsi sosial media vasitəsilə İslam peyğəmbəri Həzrəti Məhəmmədi təhqir etdiyinə görə 2 il həbs cəzasına məhkum edildi.

Trend-in çərşənbə günü Cihan agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə dini dəyərlərin təhqir edildiyini əsas gətirərək belə qərar qəbul edib.

Danimarkalı tələbə sosial mediada irqçi ifadələrin də yer aldığı materiallar paylaşıb. Bununla belə, o apelyasiya şikayəti verə bilər. Əgər qərar təsdiq edilərsə tələbə 6 ay həbsdə yatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti