...

Somalidə Türkiyə nümayəndələrinə silahlı hücum

Dünya xəbərləri Materials 22 Yanvar 2015 16:39 (UTC +04:00)
Türkiyə nümayəndə heyəti Somalinin paytaxtı Moqadişoda silahlı hücuma məruz qalıb.
Somalidə Türkiyə nümayəndələrinə silahlı hücum

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə nümayəndə heyəti Somalinin paytaxtı Moqadişoda silahlı hücuma məruz qalıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, minalanmış avtomobil Türkiyə nümayəndə heyətinin yanında partlayıb.

Qeyd edək ki, terror aktı Türkiyə Prezidentinin Somaliyə səfəri ərəfəsində törədilib.

Partlayış zamanı xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti