...

Ann Brasör yenidən AŞ PA sədri seçildi

Dünya xəbərləri Materials 26 Yanvar 2015 15:49 (UTC +04:00)
Bu gün Ann Brasör ikinci müddətə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri seçilib.
Ann Brasör yenidən AŞ PA sədri seçildi

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Bu gün Ann Brasör ikinci müddətə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri seçilib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Parlamentarilərdən heç kim öz namizədliyini irəli sürmədiyi üçün bu posta onun namizədliyi yeganə olub.

A.Brasör Assamblayeda işinə 1993-cü ildə başlayıb. O, AŞ PA-da "Avropa uğrunda liberallar və demokratlar alyansı" qrupuna 2009-cu ildən rəhbərlik edib. 2012-ci ilin yayında Assambleya A.Brasörun Tunisdə hakimiyyətin demokratik yolla təhvil verilməsi haqqında hazırladığı qətnaməni təsdiqləyib.

AŞ PA rəhbərinin səlahiyyət müddəti bir ildir və bu müddət bir dəfə uzadıla bilər. Beləliklə, 2016-cı ilin yanvarında Assambleyaya yeni sədr seçiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti